Xəbər lenti

Azərbaycan Avropa Oyunlarında bir
İdman 17:30 02.07.2023

Azərbaycan Avropa Oyunlarında bir "qızıl" və bir "gümüş" qazandı (YENİLƏNİB)

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb.

Qaynarinfo xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.

+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.

13.44
 
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) hamıdan güclü olmağı bacarıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->