Elm adamlarına görə, Ayın Yer kürəsindən uzaqlaşmasının əsas səbəbləri cazibə qüvvəsi və gelgit təsirləridir. Lakin əsas problem ondadır ki, gelgit kabarmaları Ayın düz altında deyil, bir qədər önündə baş verir. Bu isə Yer və Ay arasında cazibə qarşıdurmasına bənzər bir vəziyyət yaradır və Yer planetində günlərin getdikcə uzanmasına səbəb olur.
Qaynarinfo-nun məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, Ay hər il Yer kürəsindən təxminən 3,82 sm uzaqlaşır. Bu kiçik fərq uzun müddət ərzində Yer sisteminə əhəmiyyətli təsir göstərə bilər. Məsələn, Ayın bu yavaş hərəkəti nəticəsində hər 100 ildə Yer günləri təxminən 1,7 millisaniyə uzanır.
Bu hesablamalar "Apollo" missiyaları zamanı Ay səthinə yerləşdirilmiş retroreflektorlar vasitəsilə aparılır. Elm adamları həmin cihazlara Yer üzərindən lazer siqnalları göndərərək məsafəni dəqiq ölçə bilirlər.
BBC-yə açıqlama verən astrofizik Dr. Maggi Aderin-Pokok deyib ki, Ay ilk formalaşanda Yer üzərində bir gün təxminən 5 saat davam edib. Son 4,5 milyard il ərzində Ayın cazibə təsiri ilə bu müddət 24 saata qədər uzanıb və bu proses hələ də davam edir.
Elm adamları bu prosesin sübutlarını mərcanların böyümə xətlərindən əldə edir. Hər gün bir yeni təbəqə əmələ gətirən mərcanlar vasitəsilə qədim dövrlərdə bir ildə neçə gün olduğu təyin edilə bilir. Bu da zamanla günlərin uzandığını göstərir – ümumilikdə 4,5 milyard ildə günlər təxminən 19 saat uzanıb.
Dr. Aderin-Pokok Yer kürəsinin fırlanmasının sabitliyini dövr edən bir tabaqla müqayisə edərək bildirir: "Tabağın sabit qalması üçün sürətlə dönməsi vacibdir; əks halda, yavaşladıqca yıxılır".
Aderin-Pokok qeyd edir ki, Yer kürəsinin dönmə sürətinin azalması planetin yavaş-yavaş formalaşmasına səbəb ola bilər. Bu isə mövsümlər üzərində dağıdıcı təsirlərlə nəticələnər. Onun sözlərinə görə, bu cür dəyişikliklər insan növü üçün ciddi təhlükə yaratmasa da, əksər heyvanlar bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkə bilər. Əgər dəyişikliklər sürətli olarsa, bir çox növ qış yuxusuna çəkilmək və ya köçmək kimi uyğunlaşma yollarını inkişaf etdirməyə macal tapmadan məhv olar.
Aydın
Şərhlər