Xəbər lenti

Avropa fond bazarlarında artım müşahidə olunur
Dünya 13:08 29.04.2025

Avropa fond bazarlarında artım müşahidə olunur

Avropa birjalarında səhm qiymətləri çərşənbə axşamı artım nümayiş etdirir. İnvestorlar yeni rüblük maliyyə hesabatlarını qiymətləndirir, gömrük tarifləri ilə bağlı ehtimal olunan dəyişiklikləri və mühüm statistik göstəriciləri izləyirlər.

Qaynarinfo bu barədə "Moscowtimes”a istinadla xəbər verir.

Panavropa səhm indeksi STOXX 600 Bakı vaxtı ilə saat 10:40-da 0,2% yüksəlib. Lakin bu ayın yekunlarına əsasən, indeks ardıcıl ikinci dəfə aylıq azalma göstərə bilər.

Artıma liderlik edən şirkətlər arasında Neste Oyj, Capgemini SE və Howden Joinery Group PLC olub. Onların səhmləri müvafiq olaraq 11,52%, 8,12% və 6,83% bahalaşıb.

Almaniyanın DAX indeksi 0,4% yüksəlib, Böyük Britaniyanın FTSE 100 indeksi 0,1% enib, Fransanın CAC 40 indeksi isə demək olar ki, dəyişməyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->