Xəbər lenti

Arif Məmmədov dəfn edildi (FOTO/VİDEO)
Video 16:57 07.08.2025

Arif Məmmədov dəfn edildi (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov 47 yaşında vəfat edib. 

Bu gün mərhumla Gəncədə yaşadığı evin qarşısında vida mərasimi keçirilib. Mərasimdə onun yaxınları, dostları, Azərbaycan Karate-Do Federasiyasının rəhbərliyi və üzvləri, o cümlədən məşqçilər, idmançılar, tanınmış idman xadimləri, ictimaiyyət nümayəndələri, bir sıra qonaqlar iştirak edərək, mərhumun doğmalarına başsağlığı veriblər. 

Daha sonra Gəncənin mərkəzində izdihamlı vida mərasimi ilə A.Məmmədov son mənzilə yola salınıb.  

Mərhum Gəncənin "Səbzikar” qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Karate-Do Federasiyası, müxtəlif təşkilatlar tərəfindən onun məzarı ətrafına əklillər düzülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->