Xəbər lenti

Azərbaycan güləşçisi antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edildi
İdman 09:11 05.05.2025

Azərbaycan güləşçisi antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edildi

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

Qaynarinfo AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->