"Qarşımızda istəkli, oyundan çıxmayan, məğlub olmağı xoşlamayan, sınmayan bir komanda vardı”.
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXIII turunda evdə "Sumqayıt”ı 2:0 hesabla məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qarşılaşmanı dəyərləndirib: "Futbolçularımı təbrik edirəm. Çoxdandır müəyyən səbəblərə görə "Azersun Arena”da oyun olmurdu. Yenidən burada azarkeşləri görmək heç də pis olmadı. Bütün "Qarabağ” camiəsini təbrik edirəm. Sona kimi cəsarətli kollektivə qarşı oynadıq. Ümumilikdə çox olmasa da xeyli sayda qol epizodları oldu. Saha baxımlı oyun ola bilərdi. Ən azından birəbir mübarizələr oldu. Sevimdirici haldır ki, 90 dəqiqə meydanda mübarizə gedir. Məncə, yaxşı oyun keçdi”.
Şərhlər