Xəbər lenti

19 yaşlı qızı fotoları ilə şantaj etdi, saxlanıldı
Ölkə 14:07 20.03.2025

19 yaşlı qızı fotoları ilə şantaj etdi, saxlanıldı

Bakıda gənc qızı şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

"Qafqazinfo” xəbər verir ki, paytaxt sakini olan 19 yaşlı qız polisə müraciət edərək bir nəfərin ona məxsus fotoları sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini bildirib.

O həmin şəxsin hədə yolu ilə 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini qeyd edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->