Xəbər lenti

Zubir
İdman 10:45 11.04.2026

Zubir "Qarabağ"dan gedir - Yeni klubu açıqlandı

"Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "L Equipe” nəşri məlumat yayıb.

Bildirilib ki, fransalı vinger Qətərin "Al Şahaniya” klubuna keçəcək.

Zubirin "Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.

Qeyd edək ki, Zubir 2018-ci ildən "Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.
--> -->