ABŞ Prezidenti Donald Trump Vaşinqtonda "dünyanın ən böyük və ən gözəl tağı” olacağını söylədiyi zəfər tağının dizaynını təqdim edib.
APA xəbər verir ki, o bu barədə "Truth Social” hesabında yazıb.
Amerika lideri bununla bağlı yazıb: "Bu gün mənim administrasiyam dünyanın ən böyük və ən gözəl zəfər tağının tikintisi üçün təqdimatı və planları İncəsənət Komissiyasına rəsmi olaraq təqdim edib”, - Tramp qeyd edib.
Paylaşımda əlavə edilən fotoşəkildə Harrison Design tərəfindən hazırlanmış layihə əks olunub. Dizaynda qızılı elementlərlə bəzədilmiş açıq rəngli daş tağ, yuxarı hissəsində iki böyük metal qartal və "Azadlıq” heykəlini xatırladan qızılı fiqur təsvir edilib.
Şərhlər