İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir.
"Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib.
"İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəyi minlərlə ballistik raketi var", - məlumatda bildirilib və əlavə olunub ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan amerikalı rəsmilər İranın raket buraxılış qurğularının təmirdən sonra istifadəyə yararlı olacağını düşünürlər.
Qeyd olunub ki, bəzi amerikalı rəsmilər İranın öz raket ehtiyatlarını bərpa etmək üçün qüvvədə olan atəşkəsdən istifadə edəcəyindən narahatdırlar.
Şərhlər