Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və Gəncə şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Şərhlər