Oktyabrın 28-də, saat 17:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Çağırışla əlaqədar dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (qadın) dəm qazı zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Şərhlər