Xəbər lenti

Saleh Səmədovun işdən çıxarılan rəis oğlunun yerinə təyinat
Ölkə 18:21 28.10.2025

Saleh Səmədovun işdən çıxarılan rəis oğlunun yerinə təyinat

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub. 

Ədliyyə Naziri Fərid Əhmədovun müvafiq əmri ilə, sözügedən vəzifəyə Zülfüqarov Nazim Məhərrəm oğlu gətirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə oxu24.az məlumat yayıb.

2024-cü ilin yanvar ayının 1-dən 2025-ci ilin oktyabr ayının 15-dək sözügedən müəssisənin rəisi Səmədov Toğrul Saleh oğlu olub. İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğludur. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. 

İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib.

Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->