Xəbər lenti

Təkcə Dobrepolye və Pokrovsk bizə 2200 rus əsir verdi - Zelenski
Dünya 18:34 28.10.2025

Təkcə Dobrepolye və Pokrovsk bizə 2200 rus əsir verdi - Zelenski

Dobrepolye əməliyyatı sayəsində Ukrayna Müdafiə Qüvvələri 2200 rus hərbçisini əsir götürməyə nail olub.

Qaynarinfo "Hromadsk”a istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski 27 oktyabrda jurnalistlərlə görüş zamanı bildirib.

"Biz bilmirik, əgər Dobrepolye əməliyyatını keçirməsəydik, "ruslar” nə edərdilər”, – deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, ruslar orada öz ordusundan çoxlarını "yox ediblər”.

"Onların 2200 nəfəri əsirlikdədir — bu, 2025-ci ilin altı ayından bir qədər çox müddət ərzindədir. Bütün şərq — Dobrepolye və Pokrovsk — bizə 2200 rus əsir verdi. Təsəvvür edin, onlar nə qədər itki veriblər”, – Zelenski vurğulayıb.

UNIAN xatırladır ki, Zelenski həmçinin bildirib: Donetsk vilayətinin Pokrovsk şəhəri hazırda rusların əsas hədəfidir, şəhərə təxminən 200 işğalçı daxil olub.

Onun sözlərinə görə, şəhərdə təxminən 200 rus işğalçı var və onlar müxtəlif yerlərdə səpələniblər. Zelenski vurğulayıb ki, Pokrovsk hələ də rusların əsas hədəfidir — onlar şəhəri ələ keçirmək üçün hələ bir il əvvəl hazırlıq görürdülər. Prezident əlavə edib ki, ruslar hətta ABŞ-a artıq işğal olunmuş Pokrovskun təsvir edildiyi xəritə göstərərək, guya Ukraynanın şərqinin 90%-ni ələ keçirdiklərini söyləyiblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->