Bakıda üzərinə "Cəmil əvəzinə Cəmilə, Əlibəy əvəzinə Dəlibəy" sözləri yazılmış plakatları binaya yapışdıraraq bina komendantlığının işçilərini təhqir edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Sabunçu rayonunda yerləşən "Göy Qurşağı" yaşayış kompleksində baş verib.
Belə ki, komendatlıqdan narazı qalan 1972-ci il təvəllüdlü V.G. içkili halda yaşayış kompeksində çalışan təmizlik işçilərinin təhqir edən 16 ədəd plakatı binanın giriş qapılarına yapışdırıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs bildirib ki, komendantlığın əməkdaşları onun konstitutsion hüquqlarını pozur. O, əməlindən peşman olmadığnın bildirib, çünki onu binanın həyətində oturmağa qoymurlar. Gecələr binanın işıqları söndürüldüyünü, həmçinin vətəndaşlar üçün nəzərədə tutulan yerdə komendat tərəfindən məhdudlaşdırıcı maneələr tikildiyindən sözügedən əməli törətdiyini deyib. Odur ki, protokolun təmin edilməməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə V.G. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər