Xəbər lenti

Məlahət Abbasova Türkiyədə yeni filmdə çəkilir
Sənət 19:15 28.10.2025

Məlahət Abbasova Türkiyədə yeni filmdə çəkilir

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyədə yeni bədii filmdə çəkilir.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Məlahət Abbasova AZƏRTAC-a açıqlama verib.

Azərbaycanlı aktrisanın rol alacağı, Günsu Teker və Fikret Beklerin ssenarisi əsasında romantik-komediya janrında çəkilən filmin rejissoru Osman Taşçıdır.

"Artıq beş ildən çoxdur birgə çalışdığımız "Karamel” şirkətindən yenidən film təklifi almaq mənim üçün sevindirici oldu. Rəqəmsal kanallar üçün çəkilən "Eşq şirin bir yalandır” (Aşk tatlı bir yalan) adlı bu filmdə vəkil Müzəffər rolunu oynayacağam. Bu, eyni zamanda rəqəmsal kanalda çəkilən ilk işim olacaq ki, bu da mənə ayrı bir həyəcan hissi verir. Filmdə Türkiyənin çox dəyərli, Azərbaycan tamaşaçısının da seriallardan tanıdıqları aktyorlar Deniz İşın, Yusuf Çim kimi adlar yer alır. Bir aktrisa kimi inanılmaz dərəcədə həm sevincli, həm də çox həyəcanlıyam. Mənə həvalə olunan bu rolu uğurla ifa edəcəyimə inanıram”.

Bundan əvvəl Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən "Altın buzağı” filmində baş rol ifaçısı olaraq Ədalət Dəmir obrazını canlandırdığını xatırladan Məlahət xanım deyib: "Halk film” şirkəti tərəfindən çəkilən bu ekran əsərinin həm rejissoru, həm də ssenari müəllifi Türkiyənin çox dəyərli rejissorlarından olan Nazif Tunçdur. Çəkilişlərimiz uğurla başa çatdı və aldığım məlumata görə, bu film festivallarda nümayiş etdiriləcək. Qarşıdan gələn ilin yay aylarında filmin Bakıda da nümayiş etdirilməsi planlaşdırılır. Ekran əsərinin azərbaycanlı tamaşaçılarımızın da rəğbətini qazanacağına ümid edirəm”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->