Xəbər lenti

Yunanıstan prezidenti və baş naziri İlham Əliyevə məktub göndərdi
Siyasət 14:54 27.05.2026

Yunanıstan prezidenti və baş naziri İlham Əliyevə məktub göndərdi

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə və möhkəmləndirə bilərik.

Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
 
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.

Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
--> -->