Yüksək IQ səviyyəsinə malik qadınların adətən cəmiyyətin böyük hissəsindən fərqli maraq və vərdişləri olur.
Qaynarinfo xəbər verir ki, "YourTango” nəşrinin yazdığına görə, əksər qadınların xeyli vaxt sərf etdiyi bir çox fəaliyyətlər yüksək intellektli qadınlar üçün çox vaxt maraqsız görünür.
Məqalə müəllifi bu qadınların adətən hansı davranış və vərdişlərdən uzaq durduğuna dair konkret nümunələr də təqdim edir.
Boş söhbətlər
Məqalədə qeyd olunur ki, yüksək IQ-ya malik qadınlar adətən hava və gündəlik xəbərlər kimi səthi və qısa söhbətlərdən zövq almırlar. Onlar daha dərin dialoqları və emosional əlaqəni üstün tuturlar, buna görə də çox vaxt mənasız ünsiyyət əvəzinə susmağa üstünlük verirlər.
Mənasız əyləncələr
Yüksək intellektli qadınların zehni stimullaşdırma verməyən məzmunlara nadir hallarda maraq göstərdiyi bildirilir. Buraya şablon romantik komediyalar və realiti-şoular da daxildir. Bununla belə, vurğulanır ki, bu, onların yalnız sənədli filmlərə baxması demək deyil, sadəcə seçim meyarlarının daha yüksək olması ilə bağlıdır.
Trendlərin kor-koranə izlənməsi
Belə qadınlar modaya və populyar üslublara maraq göstərə bilsələr də, bunu başqalarına bənzəmək üçün deyil, daha şüurlu şəkildə edirlər. Ekspertlərə görə, bir çox insan "kütlə effekti” səbəbilə trendləri izləyir, yüksək intellektli insanlar isə daha çox öz fərdi zövqlərini formalaşdırmağa meyllidirlər.
Darixdırıcı işlər
Məqaləyə əsasən, yüksək IQ-ya malik qadınlar monoton və sadə işlərdən tez yorulurlar. Araşdırmalardan birinə istinadən bildirilir ki, güclü intellektual stimullaşmaya ehtiyacla yüksək intellekt arasında əlaqə mövcuddur. Buna görə rutin tapşırıqlar onlarda tez yorğunluq və narazılıq yarada bilər.
Pıçıltı və dedi-qodu
Yazıda qeyd olunur ki, dedi-qodu sosial münasibətlərdə rol oynasa da, yüksək IQ-ya malik qadınlar çox vaxt bundan uzaq dururlar. Onlar hesab edirlər ki, şayiələr mənfi mühit yaradır və həm başqalarına, həm də özlərinə zərər verə bilər.
Status nümayişi
Müəllifin yazdığına görə, belə qadınlar yüksək sosial mövqeyə sahib olsalar belə, bunu nümayiş etdirməyə meylli deyillər. Onlar üçün hörmət pul və statusdan çox şəxsi nailiyyətlər və keyfiyyətlərlə ölçülür.
Konformizm
Müstəqil düşüncə yüksək intellektli insanların əsas xüsusiyyətlərindən biridir. Buna görə də onlar yalnız "uyğunlaşmaq” üçün çoxluğun fikrini kor-koranə qəbul etmirlər.
Məşhurların həyatına maraq
Məqalədə qeyd olunur ki, yüksək IQ-ya malik qadınlar aktyorlar, blogerlər və ya idmançılarla bağlı qalmaqallarla çox maraqlanmırlar. Onlar hesab edirlər ki, bu cür məlumatlara həddindən artıq fokuslanmaq tənqidi düşüncəni zəiflədə bilər.
Telefonda həddindən artıq vaxt keçirmək
Sosial şəbəkələrdə və xəbər lentlərində sonsuz vaxt keçirməkdən də bu qadınların uzaq durduğu bildirilir. Onlar ekran qarşısında keçən vaxtı nəzarətdə saxlamağa çalışırlar.
Ritual və vərdişlərin sərt təkrarı
Yüksək IQ-ya malik qadınlar bəzən sabit gündəlik ritual və təkrarlanan vərdişlərdən yorula bilirlər. Onlar üçün yeni təcrübələr, dəyişiklik və spontanlıq daha önəmlidir.
Aydın
Şərhlər