Alman mütəxəssislər supermarketlərdə satılan hansı qəhvə dənələrinin daha dadlı və qiymətinə dəyər olduğunu araşdırıblar. Nəticədə iki brend siyahının zirvəsinə çıxıb və onlardan biri özünəməxsus aroması və dadı ilə xüsusi fərqlənib.
Qaynarinfo next.gazeta.pl saytına istinadən xəbər verir ki, Almaniyanın Stiftunq Varentest fondu supermarketlərdə satılan 21 növ dənə qəhvəni analiz edib. Tədqiqata 6 espresso növü və "Crema” (kremalı qəhvə üçün qarışıqlar) markası ilə satılan 15 qarışım daxil edilib. Sensor qiymətləndirmə ümumi nəticədə 55% paya malik olub. Dad, aroma, tekstura və son dad kimi göstəricilər nəzərə alınıb. Dequstasiya nəzarətli şəraitdə aparılıb və qəhvə avtomatik espresso aparatında, şəkər və süd əlavə edilmədən hazırlanıb.
Laborator analizlər də mühüm rol oynayıb. Akrilamid, furan, mineral yağlar və ağır metalların olub-olmaması yoxlanılıb. Eyni zamanda etiket məlumatlarının düzgünlüyü, qablaşdırma keyfiyyəti, qovurma dərəcəsi, kofein miqdarı və "100% arabika” qeydinin həqiqiliyi də qiymətləndirilib.
Nəticədə iki marka ən yüksək reytinqi qazanıb və onlardan biri demək olar ki, mükəmməl dad balı alıb.
Ən yüksək qiymətlər "Segafredo Intermezzo" və "Lavazza Espresso Italiano Cremoso"ya verilib. Birincisi 1,9 bal, ikincisi isə 1,8 bal alıb. Xüsusilə Lavazza-nın dadı yüksək qiymətləndirilib və ona intensiv aroma ilə harmonik dad üçün 1,0-a yaxın sensor qiymət verilib.
"Segafredo Intermezzo" isə çirklilik göstəricilərinə görə bir qədər aşağı nəticə göstərib. Lakin fond qeyd edib ki, aşkarlanan maddələr təhlükəsizlik limitlərini aşmır. Akrilamid və furanın olması qovurma prosesinin təbii nəticəsidir və bütün test edilən məhsullarda aşkarlanıb.
Aydın
Şərhlər