Baku Urban Week
çərçivəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının ərazisində
"Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçirilib. Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasına (WUF13) doğru mühüm addım olan bu layihə, Yelo
Bank-ın, eləcə də digər tərəfdaşların dəstəyi, "Torpağın Səsi” və Atəşhub-un
təşkilatçılığı ilə reallaşıb.
Tədbir urbanistika, elektron musiqi, rəqəmsal incəsənət və kino irsini bir
araya gətirərək şəhəri sadəcə binalar və küçələr kimi deyil, canlı bir ritm və
yaddaş kimi yenidən kəşf etmək ideyası ətrafında qurulub. Bir gecəlik müasir
art-məkana çevrilən tarixi kinostudiyada qonaqlar üçün "Azərbaycanfilm”in
tarixinə eksklüziv ekskursiya təşkil olunub.
Gecə boyu təqdim olunan rəqəmsal proyeksiyalar, canlı 'video mapping' şouları,
xüsusi mural konsepti və tanınmış DJ-lərin elektron musiqi çıxışları Bakının
çoxqatlı mədəni kimliyini fərqli bir estetika ilə nümayiş etdirib. Tədbirə
qatılan beynəlxalq təşkilatların, biznes və sənət dünyasının nümayəndələri
müasir urbanist gündəliyin inkişafına öz dəstəklərini nümayiş etdiriblər.
Yelo Bank innovativ ideyaları, yaradıcı iqtisadiyyatı və şəhər mədəniyyətinin
müasir transformasiyasını dəstəkləməkdən qürur duyur. Bank gələcəyə yönəlmiş bu
cür qlobal və kreativ layihələrin etibarlı tərəfdaşı olmağa davam edəcək.
Sərfəli online
kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər