Xəbər lenti

Yaşar Kələntərli vəfat etdi
Ölkə 15:19 02.02.2025

Yaşar Kələntərli vəfat etdi

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

ƏHD Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı APA-ya deyib ki, Yaşar Kələntərli dünən axşam saatlarında öz evində vəfat edib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Yaşar Kələntərli bu gün Fatmayi məzarlığında dəfn edilib.

Qeyd edək ki, Yaşar Kələntərli milli azadlıq hərəkatının iştirakçısı olub. O, daha sonra fəaliyyətini AXCP-də davam etdirib.

Yaşar Kələntərli daha sonra BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini, partiyada ad dəyişikliyindən sonra isə ƏHD Partiyasının baş katibi kimi fəaliyyət göstərib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->