1 may 2026-cı il tarixində Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin doğum günüdür.
Demokrat.az xəbər verir ki, qəhrəmanın 90 illik yubileyi münasibətilə Quzanlı qəsəbəsində yerləşən Ağdam Muğam Mərkəzində saat 11:00-da tədbir keçiriləcək.
Qeyd edək ki, Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik və Xanabad istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib.
1992-ci il iyulun 12-də Xanabad uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub və Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.
Şərhlər