Polşanın keçmiş prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın genişmiqyaslı işğalının başlanğıcında Kiyevi tərk etməkdən imtina etməsi ilə bağlı göstərdiyi cəsarətin onu göz yaşlarına qədər duyğulandırdığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, jurnalist Dmitri Qordona verdiyi müsahibədə danışıb.
"23 fevralda, Rusiya təcavüzündən bir neçə saat əvvəl Kiyevdə onunla vidalaşdığımız anı heç vaxt unutmayacağam. Polşaya qayıdırdım, onu qucaqladım və o qədər təsirləndim ki, gözlərim doldu", deyə Dudas xatırlayıb.
Onun sözlərinə görə, həmin vaxt Zelenski ona Kiyevdə ailəsi ilə birlikdə qalacağını və sonadək mübarizə aparacağını bildirib. Duda qeyd edib ki, Zelenski ona Rusiyanın 2014-cü ildə Krımı və Donbas bölgələrini müqavimətsiz ələ keçirdiyi kimi Ukraynanı da tez bir zamanda işğal edə biləcəyini düşündüyünü, lakin bunun səhv hesab olduğunu deyib.
Keçmiş Polşa prezidenti Zelenskinin Kiyevdə qalmaq qərarını Ukraynanın müdafiəsinin başlanğıc mərhələsində həlledici amil kimi qiymətləndirib və ona "sonsuz hörmət” bəslədiyini bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Zelenskini ələ keçirmək istəyirdi və bu, onun həyatına ciddi təhlükə yarada bilərdi. Duda bu qərarı "böyük şəxsi fədakarlıq” adlandırıb.
Aydın
Şərhlər