Bakının Nizami rayonunda fəaliyyət göstərən "Angel”, "Leyla” və "Şarm” gözəllik salonlarında oğurluq olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Angel” gəzllik salonundan 3500 manat, "Leyla” gözəllik salonundan 500 manat, "Şarm” gözəllik salonundan isə 1250 manat pul oğurlanıb.
Hər üç gözəllik salonunun qapısı vintaçanla açılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əlavə edib ki, maddi ehtiyacları üzündən oğurluq etməyi qərara alıb.
Məhkəmənin hökmü ilə müttəhim 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Seyid
Şərhlər