Xəbər lenti

Xarab kondisioner Haniyənin məhv edilməsi əməliyyatını necə təhlükəyə atıb?
Dünya 15:15 29.12.2024

Xarab kondisioner Haniyənin məhv edilməsi əməliyyatını necə təhlükəyə atıb?

Xarab olan kondisioner 31 iyul 2024-cü ildə Tehranda HƏMAS lideri İsmayıl Haniyəni öldürmək üçün İsrailin kompleks əməliyyatını az qala iflasa uğradacaqdır.  

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "Kanal 12” telekanalının xüsusi reportajında məlumat verilib.

Jurnalistlərin sözlərinə görə, İsrail hakimiyyəti Haniyəni məhv etmək qərarına HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan az sonra qəbul edib. Artıq həmin zaman Haniyə İsrail kəşfiyyatının yüksək səviyyəli əməkdaşları tərəfindən tərtib edilmiş ləğv siyahısının başında qərarlaşıb.

HƏMAS lideri daimi olaraq Qətərdə yaşayıb, lakin "Kanal 12”nin məlumatına görə, onun orada aradan götürülməsi Qətər hakimiyyətinin vasitəçiliyi ilə HƏMAS-ın götürdüyü girovların azad edilməsinə dair İsrail danışıqlarını pozmaq riski daşıyıb.

Jurnalistlərin bildirdiyinə görə, HƏMAS liderinin ən çox səfər etdiyi üç ölkə olan Türkiyə, Rusiya və İran İsrailin Haniyəni məhv etməsi etməsi üçün mümkün yerlər hesab edilib.

Bununla belə, İsrail hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbli reaksiyasından qorxub və Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib, buna görə də seçim İranın üzərinə düşüb.

HƏMAS liderinin dəfələrlə Tehranın şimalındakı Səadət Abad məhəlləsində İnqilab Keşikçiləri Qvardiyasının eyni qonaq evində qalması israillilərin əməliyyatı planlaşdırmasını asanlaşdırıb.

Jurnalistlərin dediyinə görə, Haniyə fəxri qonaq kimi yüksək səviyyəli SEPAH zabitləri tərəfindən qorunurdu və bu sui-qəsdin həyata keçirilməsi üçün İsrail kəşfiyyatının dərin sızmasını tələb edib.

Xarici KİV-in məlumatına görə, İsrailin ilk planı mayın 19-da helikopter qəzasında həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimi üçün Tehrana gələn Haniyəni aradan götürmək olub. Lakin Tehranda dinc əhalinin ölümünə səbəb olacağı qorxusu səbəbindən bu ideyadan imtina edilib.

Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi üçün Tehrana qayıdana qədər İsrail əməliyyatı iki aydan çox gözləməli olub.

Hələ mərasimdən əvvəl İsrail agentləri Həniyənin otağına (yatağın yanına) əldəqayırma partlayıcı qurğu yerləşdiriblər və o, partlayış zamanı bitişik otaqlarda heç kimə zərər vurmayacaq şəkildə dizayn edilib. "Kanal 12” xəbər verir ki, buna baxmayaraq, partlayıcı maddələrin miqdarı Həniyəni yerindəcə öldürməyə kifayət edib.

Planlaşdırılan partlayışdan bir qədər əvvəl Haniyənin otağındakı kondisioner xarab olub və HƏMAS lideri ustaları çağırmaq üçün otağı tərk edib. Üstəlik, o, o qədər uzun müddət otaqda olmayıb ki, İsrail kəşfiyyatçıları Həniyənin başqa otağa köçürüləcəyindən və bunun bütün əməliyyatı pozacağından narahat başlayıblar, "Kanal 12” məlumatlı mənbəyə istinadən xəbər verir.

Amma bir müddət sonra kondisioner təmir olunub, Haniyə öz otağına qayıdıb və yerli vaxtla saat 01:30-da partlayıcı qurğu işə düşüb. HƏMAS lideri hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı "Kanal 12” ilə danışan mütəxəssislər əməliyyatın təkcə İsrail agentləri tərəfindən həyata keçirilə bilməyəcək qədər mürəkkəb olduğunu bildirib və izah edib ki, əməliyyatda İran vətəndaşları, SEPAH üzvləri və ya HƏMAS nümayəndələri iştirak edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->