Konqo Demokratik Respublikasında naməlum xəstəliyin yayılması, ağır qida çatışmazlığı kontekstində malyariya ilə ağırlaşan ümumi mövsümi xəstəliklərdən qaynaqlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı hesabatda bildirilir.
Xəstəliyin törədicisi AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.
Dekabrın 27-də Konqo Demokratik Respublikasının Milli Biotibbi Tədqiqatlar İnstitutu bəyan edib ki, bu, mürəkkəb koinfeksiya hadisəsidir - bir hüceyrənin bir neçə növ virusla yoluxması. Elm adamları Afrika ölkəsində bu payızda müəyyən edilən xəstəliyin törədicisi AH1N1 qrip virusu və malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən SARS-CoV-2 koronavirusudur.
Dekabrın əvvəlində ÜST Konqda oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda əhəmiyyətli tükənmə müşahidə olunur. Ən çox yoluxma halları, əsasən, beş yaşına qədər olan uşaqlardır.
Aydın
Şərhlər