Xəbər lenti

Postsovet məkanı: hansı ölkənin əhalisi artıb, hansında azalıb? - MARAQLI
Dünya 19:53 31.12.2024

Postsovet məkanı: hansı ölkənin əhalisi artıb, hansında azalıb? - MARAQLI

Postsovet məkanında yerləşən ölkərin əhalisi ilə bağlı maraqlı statistika açıqlanıb.

Modern.az-ın məlumatına görə, "Sputnik Belarus”un hazıladığı infoqrafikada vaxtilə SSRİ-nin tərkibində olmuş 15 respublikada 1991-ci ildən indiyə kimi demoqrafik göstəriclər əks olunub.

Cədvəldə 1991-2024-cü illər ərzində 15 respublikanın hansında əhali sayının artdığı, hansında azaldığı rəqəmlərlə qeyd olunub.

Statistikadan görünür ki, təkcə üç Baltikyanı ölkədə əhalinin ümumi sayı 30% azalıb.

Təqdim olunan məlumatlara görə, Ermənistan əhalisi 1991-ci ildən bəri 500 min nəfər (14,29%) azalaraq 2024-cü ildə 3 milyon nəfərə çatıb.

Azərbaycanda isə əksinə, əhali çoxalıb.

Həmin nfoqrafikanı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->