Xəbər lenti

Britaniya tarixinin ən böyük oğurluqlarından biri: Milyarderin villasından nələr aparılıb?
Dünya 19:32 31.12.2024

Britaniya tarixinin ən böyük oğurluqlarından biri: Milyarderin villasından nələr aparılıb?

Böyük Britaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları Londonda Honq-Konqdan olan milyarderin malikanəsini təkbaşına qarət edən, 10,4 milyon funt-sterlinq dəyərində zinət və dizayner əşyalarını oğurlayan şəxsi axtarılır.

Qayanrinfo xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Hadisə dekabrın 7-də baş verib. Silahlı təcavüzkar beş mərtəbəli malikanəyə ikinci mərtəbənin pəncərəsindən daxil olub və seyfi sındıraraq Britaniya tarixindəki ən böyük oğurluqlardan birini törədib. Cinayət zamanı evdə insanlar olub.

Polis onun 150.000 funt-sterlinq dəyərində "Hermes Crocodile Kelly" çantasını, 15.000 funt-sterlinq pul və 10.4 milyon funt-sterlinq dəyərində sifarişli zərgərlik əşyalarını oğurladığını açıqlayıb. 

Müşahidə videosu əsasında şübhəlinin ağdərili, 20-30 yaş arası, orta bədən quruluşlu kişi olduğu bildirilir. İstintaqdan xəbəri olan bir mənbə, şübhəlinin silahının kiçik bir alov qurğusu və ya zəhərli qaz qutusu olduğunu söyləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->