Xəbər lenti

Qrenlandiyanın buzları 2010-cu ildən bəri 2347 kub kilometr kiçilib
Dünya 23:00 31.12.2024

Qrenlandiyanın buzları 2010-cu ildən bəri 2347 kub kilometr kiçilib

Lids Universiteti və Nortumbriya Universitetinin britaniyalı alimləri 2010-cu ildən 2023-cü ilə qədər Qrenlandiyanın buz təbəqəsinin ərimə miqdarını hesablayıblar. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc olunub.

NASA və Avropa Kosmik Agentliyinin (ESA) peyk məlumatlarına əsaslanan təhlil göstərib ki, Qrenlandiya son on ildə 2347 kub kilometr buz itirib. Bu, Afrikanın ən böyük şirin su anbarını - Tanzaniya, Keniya və Uqandadakı Viktoriya gölünü doldurmaq üçün kifayət edərdi.

NASA və ESA-nın orbital müşahidələrinə görə, Qrenlandiyanın buz təbəqəsi 13 il ərzində orta hesabla 1,2 metr incəlib, kənarları isə orta hesabla 6,4 metr qalınlığını itirib. Ən böyük itkiləri 75 metrə qədər buz təbəqəsinin əridiyi çıxış buzlaqları verib.

Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, Qrenlandiyanın buz təbəqəsi 1998-ci ildən bəri kütləsini itirir. Bu gün bu proses qlobal temperaturun artması səbəbindən suyun genişlənməsindən sonra dəniz səviyyəsinin qalxmasına ən böyük töhfə verən ikinci proses hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->