Bu ilin yanvar-sentyabr aylarında Rusiya Azərbaycan iqtisadiyyatına 97,9 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 % olub.
9 ay ərzində Azərbaycan isə Rusiya iqtisadiyyatına 27,4 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 18 % azdır.
Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % təşkil edib.
Şərhlər