Xəbər lenti

Dünyanın ən yüksək IQ göstəricisinə sahib şəxs:
Dünya 22:01 31.12.2024

Dünyanın ən yüksək IQ göstəricisinə sahib şəxs: "Qeybət psixi sağlamlıq üçün faydalıdır"

Cənubi koreyalı Kim Younqhun 276 bal ilə dünyanın ən yüksək IQ göstəricisinə sahib şəxs olaraq tanınır. 

Qaynarinfo xəbər verir ki, o, yüksək IQ-ya malik insanların məşhurlar və əyləncə dünyası ilə bağlı dedi-qodu xarakterli xəbərləri izləməsinin narahatlıq pozuntusu (anksiyete) üçün müsbət təsir göstərə biləcəyini düşünür.

"Us Weekly" jurnalına verdiyi müsahibədə Kim, pop-mədəniyyətə olan marağının onun ruh sağlamlığı üçün vacib rol oynadığını bildirib. O qeyd edib ki, yüksək zəkaya malik olan insanlar arasında narahatlıq pozuntusunun yayılması adi haldır.

Kim Younqhun məşhurlar haqqında xəbərləri izləməyin şəxsi narahatlıq problemlərinin öhdəsindən gəlməyə kömək etdiyini vurğulayıb. O, məşhurların həyatlarının onun üçün ilham mənbəyi olduğunu və yeni ideyalar yaratmaq prosesinə kömək etdiyini qeyd edib.

Müsahibə "Us Weekly" jurnalında "Dünyanın ən ağıllı insanı inanır ki, IQ səviyyəsi nə qədər yüksəkdirsə, dedi-qodulara ehtiyac bir o qədər çoxdur” başlığı ilə yayımlanıb.

Bu mövzu pop-mədəniyyətin insan psixologiyasına təsiri və yüksək zəkaya malik insanların gündəlik həyat tərzləri barədə maraqlı bir müzakirə açır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->