Xəbər lenti

VHP-dən sərt etiraz: ”Belə hərəkətlər siyasi etikaya uyğun deyil”
Siyasət 18:28 10.04.2023

VHP-dən sərt etiraz: ”Belə hərəkətlər siyasi etikaya uyğun deyil”

"Belə davranış nə siyasi etikaya, nə də partiya prinsiplərinə uyğun deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli siyasi partiyaların "üzv alveri”nə başlaması ilə bağlı məlumatlardan danışarkən deyib. 

O, konkret olaraq Vətəndaş Həmrəyliyi Partiyasına belə bir müraciət edilmədiyini bildirib: "Edilə də bilməz, bizim üzvlərimiz ideoloji birlik əsasında bir aradadır. Hansısa partiya qanunvericiliyin tələb etdiyi sayı yığa bilmirsə, siyasi fəaliyyətini dayandırsın”. 

Samir Əsədli qeyd edib ki, VHP-nin  Naxçıvan Muxtar Respublikasında və 82 rayonda yerli təşkilatları var: "Bu təşkilatlarda 20 min şəxs birləşib, həmin insanlar VHP-nin üzvüdürlər, kiminsə qeydiyyatı üçün deyil. Bu həm də siyasi fəaliyyətə baş ucalığı gətirən olay deyil”. 

Qeyd edək ki, Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra siyasi partiyalar "üzv alveri”nə başlaması ilə bağlı məlumatlar yayılıb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında belə halların baş verdiyini deyib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->