"Taxt-tac oyunları” serialının ulduzu Sofi Törner britaniyalı aristokrat Perri Pirsonla münasibətini bitirib və "Coldplay” qrupunun solisti Kris Martinlə görüşməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, iyun ayında musiqiçi səkkizillik münasibətdən və nişandan sonra aktrisa Dakota Consonla ayrılıb.
"Daily Mail”in məlumatına görə, Törner və Pirson Britaniya elitası arasında keçirilən gurultulu toy mərasimindən sonra rəsmi şəkildə ayrılıblar. Şahidlər onların bir-biri ilə mübahisə etdiyini və elə rəqs meydançasında ehtirasla öpüşdüklərini bildiriblər.
Ayrılıqdan cəmi bir həftə sonra aktrisanı "Coldplay”in solisti Kris Martinlə Londonda gizli görüşdə görüblər. Pirsonu isə Qərbi Londonda Sofiyə bənzəyən hündür sarışın bir qadınla klubda müşahidə ediblər.
Məlumata görə, bir neçə il əvvəl Sofi Törner "Coldplay” qrupunun pərəstişkarı olduğunu etiraf etmişdi. 2020-ci ildə onun o zamankı əri Co Conas öz şousunda Törnerə Kris Martindən gələn video-salamı göstərmiş və bu, aktrisanı demək olar ki, göz yaşlarına boğmuşdu.
Aydın
Şərhlər