Xəbər lenti

Siyavuş Novruzov:
Ölkə 12:41 24.10.2025

Siyavuş Novruzov: "Hakimlər bir gündə 7 boşanmaya baxır"

"Statistikanın bizə verdiyi məlumata görə, ildə 13 min adam boşanır. Demək olar ki, bir hakim bir gündə 7 boşanmaya baxır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bizim 600-dən yuxarı hakimizi var, məhkəmə qərarlarını icra edir:
 
"Ona görə də hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Hüquq-Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın ki, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olsun".

Spiker Sahibə Qafarova isə bildirib ki, bu imtahanları sadələşdirmək olmaz.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->