Xəbər lenti

Siyavuş Novruzov:
Siyasət 11:42 03.02.2025

Siyavuş Novruzov: "Ədalətli bələdiyyə seçkisində YAP növbəti qələbəsini qazandı"

"Bu bələdiyyə seçkisində YAP növbəti qələbəsini qazandı". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilməklə yeni bələdiyyələr formalaşıb.

Deputat həmçinin qeyd edki, bəzi dövlətlər öz fundamental dəyərlərindən kənara çıxaraq, işğalçılıq siyasəti ilə məşğuldular:

"Onlar öz güclərindən istifadə edib, kiçik dövlətlərə təzyiqlər edirlər. Təbii ki, sözügedən məsələ digər dövlərlərə işğalçılıq üçün zəmin yaradır. Hər birimiz dövlətimizi müdafiə etməliyik. Prezidentin siyasətini təbliğ etməli və ölkə başçısının arxasında əsgər kimi sıx dayanıb, təhdidləri dəf etməliyik".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->