Xəbər lenti

“Siemens” və “Volkswagen” Rusiyanı tərk etdiyinə görə Almaniyadan təzminat istəyir
Dünya 13:29 12.12.2023

“Siemens” və “Volkswagen” Rusiyanı tərk etdiyinə görə Almaniyadan təzminat istəyir

"Siemens” və "Volkswagen” şirkətlərinin bölmələri Rusiyanı tərk etdikləri səbəbindən yaranmış maliyyə itkiləri ilə bağlı Almaniya hökumətinə təzminat tələbi ilə müraciət ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə FAZ məlumat yayıb

Müraciət dəmir yolu avadanlıqları istehsalçısı "Siemens Mobility” və "Volkswagen Bank”a aiddir. Şirkətlərin nümayəndələri təşəbbüslərini Almaniya hökumətinin zəmanət mexanizmindən yararlanmaq istəyi ilə izah ediblər.

"Siemens Mobility”nin nümayəndəsi qeyd edib ki, bir çox alman şirkətləri kimi "Siemens” də Rusiyadakı investisiyalarını qorumaq üçün investisiya zəmanəti alətindən istifadə edib. "Volkswagen Bank”ın sözçüsü təzminat məsələsi ilə bağlı danışıqların hələ də davam etdiyini bildirib, lakin o, əlavə təfərrüatlar verməkdən imtina edib. 

Xatırladaq ki, bundan əvvəl "Wintershall Dea” enerji şirkəti də hökumətə analoji tələblə müraciət edib. Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi təsdiqləyib ki, "Wintershall Dea AG” investisiya zəmanəti mexanizmindən yararlanıb və mümkün zərərlə bağlı danışıqlar aparılır.

Son məlumatlara görə, noyabrın ortalarına qədər səkkiz şirkətdən Rusiyada biznesdən çıxmaqla əlaqədar investisiya zəmanətlərinin istifadəsi ilə bağlı ümumi dəyəri 2,8 milyard avro olan 16 sorğu daxil olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->