Xəbər lenti

Sevgilisini öldürən idmançı azadlığa buraxıldı
İdman 10:50 06.01.2024

Sevgilisini öldürən idmançı azadlığa buraxıldı

Sevgilisi Reeva Stinkampı öldürdüyünə görə 11 ilə yaxın həbsdə olan Cənubi Afrikalı keçmiş paralimpiya idmançısı Oskar Pistorius şərti azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, Cənubi Afrika Respublikası Penitensiar Müəssisəsindən verilən açıqlamada şərti azadlığa buraxılan Pistoriusun evində nəzarət altında olacağı paylaşılıb.

Pistorius 2013-cü il fevralın 14-də sevgilisi Stinkampı Pretoriyadakı evində ehtiyatsızlıqdan öldürdüyü üçün altı il həbs cəzasına məhkum edilmişdi. Prokurorluq hökmü şokedici və çox yüngül hesab edərək qərarı Ali Məhkəməyə göndərmişdi. Yekun apellyasiya orqanı olan Ali Məhkəmə cinayətin adam öldürmə olduğuna qərar vermiş və Pistoriusun cəzasını 15 ilə qaldırmışdı. Lakin həbsxanada keçirdiyi müddət nəzərə alınaraq idmançıya 13 il 5 ay həbs cəzası verilib.

Pistoriusun Ali Məhkəmənin qərarının ədalətsiz olduğunu əsas gətirərək Konstitusiya Məhkəməsinə müraciəti rədd edilib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->