Xəbər lenti

İdman 12:22 27.05.2026

"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında çıxış edə bilər

İtaliyanın "Bolonya” klubu "Qarabağ”dan ayrılan qanalı futbolçusu Emmanuel Addai ilə maraqlanır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı cinah oyunçusu uğurlu mövsüm keçirdikdən sonra bir neçə klubun diqqət mərkəzinə düşüb.

Addai başa çatan mövsümdə bütün yarışlarda ümumilikdə 49 oyunda meydana çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun çıxışı diqqətdən yayınmayıb və A Seriyası təmsilçisi "Bolonya” onu hücum xətti üçün mümkün transfer variantı kimi nəzərdən keçirir. Təxminən 1,5 milyon avro dəyərində qiymətləndirilən Addai İtaliya klubunun yeni mövsüm öncəsi güclənmə planlarında yer alır.

Bununla belə, "Bolonya” hələlik qanalı futbolçunun transferi üçün rəsmi təklif göndərməyib.

Emmanuel Addai "Qarabağ”a 2024-cü ilin yayında transfer olunub və 2025/26 mövsümünün sonunda komandadan ayrılıb.
 
Aydın
--> -->