Xəbər lenti

Sabir Rüstəmxanlının partiyası “yox” dedi (AÇIQLAMA)
Siyasət 14:14 17.04.2023

Sabir Rüstəmxanlının partiyası “yox” dedi (AÇIQLAMA)

"Bəzi partiyaların Vətəndaş Həmrəyliyi Partiyasına birləşməsi təklifi məqbul hesab edilməyib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında VHP-nin sədr müavini Samir Əsədli deyib. Onun sözlərinə görə, VHP-yə birləşmək üçün müraciət edən və müzakirə aparanlar var:

"Əvvəllər də partiya rəhbərliyinə belə müraciətlər daxil olub. Digər partiyarlardan qopub bizə qoşulmaq istəyənlər olub, lakin partiyanın siyasi şurası bu müraciətləri müsbət qiymətləndirməyib”. 

Samir Əsədli qeyd edib ki, VHP-nin ölkənin əsas aparıcı siyasi partiyalarından biri kimi bütün bölgələrində yerli təşkilatları fəaliyyət göstərir:

"Ölkənin mərkəz mövqeli partiyalarından biri kimi vahid ideoloji xəttimiz heç vaxt dəyişməyib. VHP-nin idoloji siyasi xəttinə sadiq qalanlar bu partiyada yol gedə bilərlər. Bu yol Azərbaycanı aydınlıq və nicata aparan siyasi xəttidir. Məhz, bu prinsipə sadiq qaldığımızdandır ki, VHP parçalanma və bölünmələrə məruz qalmayan çox az sayda partiyalarlardan biri kimi ölkə siyasi sistemində yer alıb”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->