Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib.
Bu barədə Qaynarinfo-ya partiyanın sədr müavini Samir Əsədli məlumat verib.
O, bildirib ki, növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim ediləcək:
"8686 nəfər reystrdə partiya üzvü kimi təsdiqlənib. Bu münasibətlə bütün partiya üzvlərini və tərəfdarlarımızı təbrik edirəm”.
Qeyd edək ki, bundan əvvəl Vətəndaş Həmrəyli Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda texniki problemlər aşkarlanmışdı. Məhz bu səbəbdən də partiyanın üzvləri ilə bağlı siyahı geri qaytarılmışdı.
Bahar Rüstəmli
Şərhlər