Xəbər lenti

Saatlıq əməkhaqqı sisteminə keçid yaxın vaxtlarda reallaşa bilər (VİDEO)
Video 22:35 30.04.2026

Saatlıq əməkhaqqı sisteminə keçid yaxın vaxtlarda reallaşa bilər (VİDEO)

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid yaxın vaxtlarda reallaşa bilər.

Bu barədə danışan Milli Məclisin İqtisadi, siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, yeni mexanizmin tətbiq olunması əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq.

Millət vəkili deyir ki, saatlıq əməkhaqqı beynəlxalq təcrübədə qəbul olunub. İnkişaf etmiş ölkələrdə bu sistem artıq  tətbiq olunur. Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların "overtime", yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir.

Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşların əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox maaş almasına səbəb ola bilər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik. 

--> -->