Xəbər lenti

Dünya 12:00 10.07.2024

"Rusiyanın imperiya ambisiyalarının canlanması ilə soyuq müharibə geri qayıdıb" - Duda

Polşa prezidenti Andjey Duda hesab edir ki, soyuq müharibə geri qayıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

"Biz dürüst olmalıyıq və özümüzə deməliyik ki, Soyuq müharibə mühiti ABŞ-ın hərəkətlərinə görə deyil, Rusiyanın imperiya ambisiyalarının canlanmasına görə geri qayıdır”, - o bildirib.

Duda eyni zamanda vurğulayıb ki, Avropada böyük təhlükəsizlik defisiti var. Onun sözlərinə görə, NATO-nun dünyaya "NATO birliyi haqqında mesaj göndərməsi vacibdir - bu, çox aydın olmalıdır. İkinci mühüm mesaj isə NATO-nun güclü olması və NATO-nun təhlükənin Rusiyadan gəldiyini görməsidir". 

Polşa bir çox digər mərkəzi və Şərqi Avropa ölkələri kimi, Rusiyanın Avropa üçün yaratdığı təhlükə barədə çoxdan xəbərdarlıq etmişdi və Ukraynadakı müharibəni alqışlamasalar da, bölgə liderləri Qərbin nəhayət bu xəbərdarlıqları qəbul etməsindən bir qədər məmnundurlar.

"Qərb lazımi reaksiya vermədi" deyən Duda, sanksiyaların və sərt ifadələrin Rusiya prezidenti Vladimir Putini cilovlamaq üçün yetərli olmadığını sübut edir. 

"Rusiya Kalininqraddakı hərbi varlığını gücləndirir və artırır və Kalininqrad bu gün dünyanın ən çox hərbiləşdirilmiş torpaq parçasıdır. Rusiya Belarusda nüvə silahının yerləşdirilməsi barədə də açıq danışır və bu hərəkətlər NATO üçün yeni bir təhdiddir, buna görə də bu gün NATO-nun cavabı bu təhlükənin səviyyəsinə uyğun olmalıdır", - Polşa prezidenti deyir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->