Xəbər lenti

Rusiyanın dağılması Çeçenistanla başlaya bilər: Şişani Kadırovun gələcəyindən danışdı
Dünya 21:05 05.01.2025

Rusiyanın dağılması Çeçenistanla başlaya bilər: Şişani Kadırovun gələcəyindən danışdı

Rusiya Federasiyasının dağılmasının, xüsusilə də Çeçenistandan başlayacağı ehtimalı gündəmdədir, çünki Ramzan Kadırov özü müharibəyə hazır olmağa çağırır.

Qaynarinfo xəbər verir ki, bu fikri Çeçenistanın İçkeriya Respublikası Silahlı Qüvvələrinin komandanı Abdul-Hakim Şişani "RBK-Ukrayna" kanalına verdiyi müsahibəsində irəli sürüb. 

Şişaniyə görə, Kadırov başa düşür ki, Ukraynadakı müharibə bitərsə və ya münaqişə dondurularsa, xalqın qəzəbi onun əleyhinə dönəcək. "Ona görə də artıq özünü müdafiə etmək üçün addımlar atır", deyə İçkeriya Silahlı Qüvvələrinin komandanı qeyd edib.

Şişani bildirib ki, məsələn, Kadırov Suriyada olmuş şəxsləri əfv etdi və onların ailələrinə geri dönə biləcəklərini bildirir: "Bu açıq bir siqnaldır: Kadırov anlayır ki, dəyişikliklər gəlir və təzyiqləri zəiflətməyə çalışır. Lakin bu neqativlik nə vaxtsa ona təsir edəcək. Çeçen xalqı təzyiqlərdən, işkəncələrdən və qətllərdən yorulub. Xalq azadlıq uğrunda mübarizə aparmağa hazırdır".

Onun fikrincə, Rusiya Federasiyasının dağılması vəziyyətində, beynəlxalq ictimaiyyətin dəstəyi İçkeriya və digər respublikaların müstəqillik əldə etməsinə kömək edəcək.

Həmçinin Şişani Kadırovun və onun qoşunlarının Ukraynaya qarşı müharibədəki roluna dair öz fikirlərini bölüşüb: "Kadırovçular - Putin üçün şəxsi mühafizə dəstəsidir, bu, ona Çeçenistanı idarə etməkdə kömək edir. Onları cinayətlər birləşdirir: siyasi rəqiblərin, insan haqları müdafiəçilərinin və jurnalistlərin öldürülməsi. Putin Kadırova tam həll səlahiyyəti verib, buna görə də o, hakimiyyətini qoruyur".

Şişani hesab edir ki, Putin olduğu müddətcə Kadırov da olacaq, amma Putin getdikdən sonra Kadırov da olmayacaq.

"O, yeni liderlə razılaşa bilməz, xüsusən də bu şəxs FSB-nin təyin etdiyi birisi olarsa. FSB-də çox sayda insan Kadırovdan narazıdır və Putin getdikdən sonra bu problemi həll edəcəklər", deyə İçkeriya Silahlı Qüvvələrinin komandanı yekunlaşdırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->