Rusiyanın ötən gecə Xarkova atdığı raket zərbəsi nəticəsində otel binasına ziyan dəyib, bir neçə avtomobil yanıb.
Qaynarinfo xəbər verir ki, Xarkov vilayəti administrasiyasının rəhbrəi Oleq Sinequbovun sözlərinə görə, səhər saatlarında 11 insanın yaralandığı məlum olub, onlardan birinin vəziyyəti
ağırdır.
Ümumilikdə otel kompleksində 30-a yaxın insan olub.
Ukrayna Milli Polisinin Telegram kanalında bildirilir ki, oteldə yaralanların arasında Türkiyənin "Anadolu” xəbər agentliyinin 37 yaşlı jurnalisti də var. Xarkov vilayəti üzrə Baş Polis İdarəsinin rəisi Vladimir Timoşko bildirib ki, rusiyalıların hədəfi məhz müharibəni işıqlandıran xarici jurnalistlər olub.
Nizami Bağırov
Şərhlər