Xəbər lenti

Məşhur turizm adasında həyəcan: Təcili yağış lazımdır
Dünya 15:02 03.09.2025

Məşhur turizm adasında həyəcan: Təcili yağış lazımdır

Son 25 ildə Malyorkada su ilə bağlı bu cür problem yaşanmayıb. Məşhur turizm adası indi su böhranının astanasındadır.

Qaynarinfo xəbər verir ki, "Express" nəşrinin yazdığına görə, Malyorkada rəsmi həyəcan elan olunub: Ada təcili olaraq yağışa ehtiyac duyur, əks halda bəzi bölgələrdə cəmi bir neçə günə su ehtiyatı tam tükənə bilər. Uzun sürən quraqlıq böhranı kritik nöqtəyə çataraq, hətta turistlərin ən çox ziyarət etdiyi zonaları da təhlükə altına salıb.

Solyer şəhərinin meriyası rəsmi açıqlama verərək bildirib ki, yağıntı olmasa, su ehtiyatı maksimum iki həftəyə qədər yetəcək. Yerli hakimiyyət artıq sərt su istifadəsi məhdudiyyətləri tətbiq edib və əhalini qənaət rejiminə riayət etməyə çağırıb. Bu, 2000-ci ildən bəri ilk belə ciddi məhdudiyyətlərdir.

Böhran yalnız Solyerlə məhdudlaşmır. Adadakı iki əsas su anbarının səviyyəsi kritik dərəcədə aşağı düşüb.

Hazırda Malorkanın cənub hissəsi istisna olmaqla bütün ərazi əvvəlcədən elan edilmiş həyəcan rejimindədir. Yaxın vaxtlarda güclü yağışların gözlənilmədiyi bildirilir. Əhalini xəbərdar ediblər ki, təcili yağıntılar olmazsa, daha da sərt məhdudiyyətlər tətbiq edilə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->