Kitablar adətən oxunmaq üçün alınır və ya kitabxanadan götürülür. Lakin bəziləri var ki, onları əldə etmək üçün insanlar ənənəvi yollara deyil, oğurluğa əl atırlar.
Qaynarinfo xəbər verir ki, "Guinness World Records" (Ginnesin Rekordlar Kitabı) - dünyada ən çox oğurlanan kitab titulunu qazanıb.
Ginness Rekordlar Kitabı hər il yenilənir, ən qəribə, maraqlı və inanılmaz rekordları toplayır. Uşaqlar, gənclər və böyüklər üçün eyni dərəcədə cəlbedici məzmun təqdim edir. Hər kəsin diqqətini çəkən kitabı almaq istəməyənlər bəzən onu sadəcə oğurlamağı seçirlər.
Mütəxəssislərin fikrincə, kitabın bu qədər "cazibədar” olması onun populyarlığından qaynaqlanır. Hər kəs rekordlar barədə oxumağı sevir, lakin qiymət və əlçatanlıq məsələləri bəzən insanları yanlış yola sürükləyir. Maraqlıdır ki, digər ən çox oğurlanan kitablar sırasında Bibliya, bəzi məşhur psixologiya kitabları və bədii romanlar da var.
Nəzrin Abbas
Şərhlər