Xəbər lenti

NATO-nun Cənubi Qafqaz siyasəti: Alyansın yeni hədəfi nədir? (ŞƏRH)
Siyasət 15:18 03.09.2025

NATO-nun Cənubi Qafqaz siyasəti: Alyansın yeni hədəfi nədir? (ŞƏRH)

"Yaxın illərdə NATO-nun Cənubi Qafqazda yerləşəcəyi heç kimdə şübhə doğurmamalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov NATO-nun Cənubi Qafqazda mövcudluğu ehtimalından danışarkən deyib.

"NATO mövzusu çox həssasdır. Alyans Azərbaycanla 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramı əsasında bir araya gəlib. Cənubi Qafqazda NATO-nun mövcudluğu çoxdan qəbul olunandır və bu mövcudluq getdikcə daha da dərinləşəcək", deyə ekspert bildirib.

Həmsöhbətimiz deyib ki, NATO-nun Cənubi Qafqazla bağlı böyük planları var: 
 


"Qurumun Gürcüstanda xüsusi nümayəndəliyi də mövcuddur. Ümumiyyətlə, son vaxtlar NATO-Cənubi Qafqaz münasibətləri regionun hər üç ölkəsində aktiv şəkildə diqqəti cəlb edib. Qurum Avropa ilə yanaşı Cənubi Qafqazın təhlükəsizlik məsələlərində də önəmli rol oynayır. Gürcüstan silahlı qüvvələri NATO tədbirlərində yaxından iştirak edir. Azərbaycan hər il NATO ilə 20-dən artıq tədbirdə əməkdaşlıq edir. Ermənistanda Rusiya bazasının olması onun NATO ilə əməkdaşlığında bir qədər tormozlayıcı rol oynasa da, bu da müvəqqətidir. Hesab edirəm ki, 102-ci baza da Ermənistan ərazisini tərk edəcək. Yəni NATO ilə bağlı perspektiv böyükdür. Gələcəkdə, ola bilsin ki, 5-10 ilə Cənubi Qafqazın hər üç ölkəsi NATO üzvü olacaq. Proses ona doğru gedir".

Qeyd edək ki, NATO Cənubi Qafqazın tərəfdaş ölkələrilə artan layihələri genişləndirmək və müzakirə etmək yollarını nəzərdən keçirir. Bildiyimiz kimi, NATO Azərbaycana Avropanın mühüm enerji təchizatçısı kimi baxır. Eyni zamanda, NATO regionun hər üç ölkəsilə müəyəyn birgə tədbir və layihəlrə də həyata keçirir. Bütün bunlar isə gələcəkdə NATO-nun Cənubi Qafqazda da mövcudluğunu labüd edə bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->