Xəbər lenti

Polşa prezidenti sabiq DİN rəhbərini və onun müavinini ikinci dəfə əfv etdi
Dünya 12:38 24.01.2024

Polşa prezidenti sabiq DİN rəhbərini və onun müavinini ikinci dəfə əfv etdi

Polşa prezidenti Anjey Duda 2007-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 2023-cü ilin dekabrında iki il müddətinə azadlıqdan məhrum edilən keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Matsey Vonsiki əfv edib. 

Qaynarinfo RNF24-yə istinadən xəbər verir ki, bu barədə Duda çərşənbə axşamı, yanvarın 23-də bildirib

"Prosedur başa çatıb. Cənab Kaminski və cənab Vonsik əfv olundular. Mən bunu var gücümlə təsdiqləyirəm”, – Polşa Prezidenti bildirib.

O, əfv haqqında qərarın icrası üçün sənədlərin dərhal Baş Prokurorluğa göndərildiyini bildirib və Baş prokuroru tez bir zamanda müvafiq tədbirlər görməyə çağırıb.

Duda aclıq aksiyasından sonra xəstəxanaya yerləşdirilən keçmiş nazir Kaminskinin səhhətinin pisləşdiyini də qeyd edib. Prezident baş prokuroru məhkum olunmuş şəxslərə qarşı "insani jest”in olmamasına görə tənqid edib. Dudanın fikrincə, hüquq-mühafizə orqanlarının əməkdaşları Polşa Cinayət Məcəlləsinin 568-ci maddəsini (cəzanın icrasının təxirə salınmasını və ya əfv proseduru başa çatana qədər fasilə nəzərdə tutur) tətbiq edə bilərdirlər.

Xatırladaq ki, 20 dekabr 2023-cü ildə Dudanın siyasi müttəfiqləri Mariuş Kaminski və Matsey Vonsik "torpaq qalmaqalı" – rüşvət müqabilində torpaqların kənd təsərrüfatı kateqoriyasından kommersiya kateqoriyasına keçirilməsi ilə bağlı iş üzrə iki il həbs cəzasına məhkum ediliblər. 

Kaminski və Vonsik məhkəmə qərarını tanımaqdan imtina ediblər, belə ki, prezident Duda hələ 2015-ci ildə, ilk məhkəmə hökmündən sonra bu işdə onları əfv edib.

2017-ci ildə Polşa Ali Məhkəməsi Dudanın 2015-ci ildə Kaminski və Vonsikin əfv edilməsi haqqında fərmanını qüvvədən salıb. Lakin sonradan Konstitusiya Məhkəməsi və Ali Məhkəmə palatası Polşa prezidentinin xeyrinə qərar çıxarıb.

Duda da məhkəmənin qərarını tanımır və hesab edir ki, onun əfv fərmanı hələ də qüvvədədir. 
2024-cü il yanvarın 9-da Polşa polisi keçmiş siyasətçiləri həbs edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->