"Partiyaların maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının saytında detallı şəkildə yerləşdirilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının İcra Aparatının rəhbər Natiq Cəfərli partiyaların maliyyə hesabatlarından danışarkən deyib.
Onun sözlərinə görə, bu qanun Azərbaycanda fəaliyyət göstərən və eyni zamanda qeydiyyatdan keçən bütün partiyalara aiddir:
"Qeydiyyatdan keçən bütün partiyalar Mərkəzi Seçki Komissiyasına bu hesabatı təqdim etməlidir".
Qeyd edək ki, siyasi partiyalar aprel ayının 1-ə kimi ötən il üzrə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Bahar Rüstəmli
Şərhlər