Avropa Parlamentinin deputatı Rima Həsən Parisdə həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəlcə siyasətçi terrorizmin təbliği şübhəsi ilə istintaqa cəlb olunub. Həsən polisə sosial şəbəkələrdən birində paylaşdığı yazı ilə bağlı İnternetdə nifrətlə mübarizə üzrə Milli Mərkəzin (PNLH) başlatdığı araşdırma çərçivəsində çağırılıb.
Paylaşımda o, 1972-ci ildə İsraildə Lod hava limanına hücumda iştirak etmiş yapon terrorçusu Kodzi Okamotoya istinad edib (hazırda bu hava limanı Ben-Qurion adına beynəlxalq hava limanı adlanır).
Saxlanıldıqdan sonra Həsənin çantasından adı açıqlanmayan narkotik maddə aşkarlanıb. Maddənin miqdarı barədə də məlumat verilmir.
Aydın
Şərhlər